"Avroviziya"dan danışan İlkin Dövlətov: "60 yaşım belə olsa..."

Muğam ifaçısı İlkin Dövlətov açıqlaması ilə marağa səbəb olub.
BAKU.WS xəbər verir ki, "Səs Azərbaycan" yarışmasından sonra məşhurlaşan xanəndə 60 yaşı olsa belə "Avroviziya" yarışmasında iştirak etmək istədiyini vurğulayıb.
Bu barədə "Avroviziya" yarışmasının "12Xal" instaqram səhifəsi məlumat yayıb.
Avroviziyanın rəsmi hesabını izləmədən çıxardığını qeyd edən sənətçi, paylaşımların çox göz yorduğunu və bunun müsabiqəni izləməyəcəyi anlamına gəlmədiyini bildirib.
Bu ilin qalibi Avstriyanı təbrik edən muğam ifaçısı favoritlərinin İsrail, Estoniya və Avstriya olduğunu da açıqlayıb.
Gələcək planları barədə danışan İlkin, "60 yaşım belə olsa, Avroviziya səhnəsinə yenə çıxmaq istəyirəm lakin bu dəfə tək ifa etməyi üstün tuturam" deyə bildirib.
Xatırladaq ki, İlkin Dövlətov ötən il Avroviziya Mahnı Müsabiqəsində Fahree ilə birlikdə "Özünlə apar" mahnısıyla Azərbaycanı təmsil edib. Onlar 1-ci yarımfinalda 11 xalla 14-cü yeri tutub.
Oxşar xəbərlər
Azərbaycanlı müğənni özünə 160 000 AZN-lik maşın sifariş edib
Müğənni Şəbnəm Qəhrəmanova özünə 160 000 AZN-lik maşın sifariş edib. BAKU.WS xəbər verir ki, o bu barədə "Rəngarəng" verilişinə qonaq olarkən bildirib. Sənətçi...
