"Arka Sokaklar" serialında VİDA – 19 mövsümlük hekayə başa çatdı
Türk televiziya tarixinin əfsanəvi seriallarından olan "Arka Sokaklar" 19-cu mövsümündə izləyiciləri kədərli bir ayrılıqla sarsıtıb. 2006-cı ildən bu günə qədər serialda Komissar Aylin obrazını canlandıran aktrisa Özlem Çınar layihəyə vida edib.
BAKU.WS haberler.com-a istinadən xəbər verir ki, emosional səhnələri ilə də yadda qalan serial bu axşam yayımlanacaq yeni bölümü ilə izləyicilərinə unudulmaz anlar yaşadacaq. Son tanıtımda Aylin Komissarın şəhid olduğu anlar yer alıb və bu səhnələr tamaşaçıları dərindən təsirləndirib.
Tanıtıma duyğusal məna qatan ən diqqətçəkən məqam isə səhnələrə fon olan Cem Adrianın "Ben Seni Çok Sevdim" adlı mahnısı olub. Göz yaşlarına səbəb olan həmin kadrlar qısa zamanda sosial mediada böyük əks-səda doğurub.
Oxşar xəbərlər
Xalq artistinin "Dream Fest" obrazı maraq doğurdu - Şeir, rəsm və moda…
"Dream fest 2026"ı beynəlxalq musiqi festivalının ikinci günü keçirilib. BAKU.WS xəbər verir ki, yerli və xarici ulduzlar öz növbəsində gümüşü xalıdan keçərək K...