Ariana Qrandeyə hücum edən şəxs Sinqapurdan deportasiya edildi
Sinqapur hakimiyyəti Amerika müğənnisi və aktrisası Ariana Qrandeyə hücum edən avstraliyalı bloger Conson Veni ölkədən çıxarıb.
BAKU.WS xəbər verir ki, bu barədə Sinqapurun CNA telekanalı ölkənin Miqrasiya və Sərhəd Nəzarəti İdarəsinə istinadən məlumat yayıb. Məlumata görə, Veniyə ölkəyə yenidən daxil olmaq da qadağan edilib.
Hadisəyə görə məhkəmə onu 9 gün həbs cəzasına məhkum edib. Qanunvericiliyə əsasən, bu cür hərəkətə görə maksimum cəza 3 aya qədər həbsdir. Veni məhkəmədə oxşar hərəkəti bir daha təkrarlamayacağını bildirib.
İnsident 13 noyabr 2025-ci ildə "Wicked" film seriyasının ikinci hissəsinin Sinqapurdakı premyerası zamanı baş verib. Ariana sarı xalça ilə keçərkən, yanında Sintiya Erivo, Mişel Yeo və Ceff Qoldblyum olduğu halda, bloger ona yaxınlaşıb və çiynindən tutmağa cəhd edib. Müğənni dərhal aralandıqdan sonra Erivo ona yardım edib.
Qeyd edək ki, Qrande 2025-ci ilin fevralında 2017-ci ildə Mançesterdəki konsertində baş verən terror aktından və keçmiş partnyoru Mak Millerin ölümündən sonra yaşadığı psixoloji çətinliklərdən danışmışdı.
Oxşar xəbərlər
Türkiyənin məşhur serialı finala gedir
Türkiyənin məşhur serialı "Kral Kaybederse" finala gedir. BAKU.WS-in Türkiyə mediasına istinadən məlumatına görə, uzun müddətdir yayımının bitəcəyi ilə bağlı sö...