Aras Bulut İynemlinin acı günü
Məşhur türk aktyoru Aras Bulut İynemlinin atası Cengiz İynemli 76 yaşında vəfat edib. Hazırda "Deha" serialında baş rolu canlandıran aktyor, atasının ölümü ilə dərin kədər yaşayıb.
BAKU.WS xəbər verir ki, haber global bu barədə məlumat yayıb.
Aras Bulut və Orçun İynemli qardaşlarının atası Cengiz İynemlinin vəfatı ilə bağlı yayılan açıqlamada bunlar bildirilib:
"Merhum Ali İynemli və Merhume İsmet İynemlinin oğlu, Atilla, Osman və Yavuzun qardaşı, Sevtap Daner İynemlinin dəyərli həyat yoldaşı, Orçun, Yeşim və Aras Bulutun sevimli atası, Tuğra və Adanın əziz babası Cengiz İynemli vəfat edib."
Cengiz İynemli bu gün (31 yanvar, cümə günü) Kilyos məscidində ikindi namazından sonra qılınacaq cənazə namazının ardından Kilyos qəbiristanlığında dəfn olunacaq.
Oxşar xəbərlər
"Nazlanma"nın müəllifindən Vasif və Vəfaya: "Bunlar nə cür müğənnidir?"
Məşhur "Nazlanma" mahnısının müəllifi, Cənubi azərbaycanlı müğənni Mənsur Daneşvar Əməkdar artist Vasif Məhərrəmli və həmkarı Vəfa Şərifovadan şikayətlənib. BAK...