Ancelina Coli məhkəmədə Bred Pitt üzərində üstünlük qazandı

Ancelina Coli məhkəmədə Bred Pitt üzərində üstünlük qazandı
Şou-biznes 19

Holivud ulduzları Ancelina Coli və Bred Pitt arasında davam edən "Miraval" mülkü ilə bağlı məhkəmə çəkişməsində yeni qərar verilib.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Los-Anceles məhkəməsi Bred Pittin Ancelina Colinin şəxsi elektron yazışmalarına çıxış əldə etmək tələbinin təmin olunmasından imtina edib. Hakim Ciny Panuko bildirib ki, həmin məlumatlar "vəkil-müştəri məxfiliyi" çərçivəsində qorunur və onların açıqlanması üçün kifayət qədər hüquqi əsas təqdim edilməyib.

Qərardan sonra Colinin vəkili Pol Mörfi Pitti keçmiş həyat yoldaşına təzyiq göstərməyə çalışmaqda ittiham edib. O bildirib ki, məhkəmənin qərarı şəxsi məlumatların qorunması baxımından mühüm addımdır.

Bred Pitt tərəfi isə mübarizənin bitmədiyini açıqlayıb. Aktyora yaxın mənbələrin sözlərinə görə, yeni sübutlar təqdim olunacağı halda qərarın yenidən nəzərdən keçirilməsi mümkündür.

Qeyd edək ki, tərəflər arasında qalmaqal 2022-ci ildə Ancelina Colinin "Miraval" mülkündəki payını satmasından sonra daha da dərinləşib. Məhkəmə prosesi milyonlarla dollarlıq mübahisə, məxfilik razılaşmaları və ailədaxili qarşıdurmalarla gündəmdə qalır.

Xarici mediada yayılan digər məlumatlara görə, Bred Pittin böyük övladları ilə münasibətləri də gərgin olaraq qalır. Bildirilir ki, aktyor bəzi övladları ilə demək olar əlaqə saxlamır. Bundan əlavə, qızı Şaylo atasının "Pitt" soyadından imtina edərək yalnız "Jolie" soyadını istifadə etmək istədiyini rəsmən bəyan edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"

Fatimə Fətəliyeva: "Hər şey öz vaxtında bir nemət imiş"

Rəqqasə Fatimə Fətəliyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. BAKU.WS xəbər verir ki, o, həyatın dəyəri və insanın sahib olduqlarını zamanında qi...

255 Şou-biznes 23:30 06 may 2026

Son xəbərlər