Ancelina Coli bu səbəbdən ABŞ-ni tərk edir
Hollivud ulduzu Ancelina Coli hamını şoka salan radikal qərar qəbul edib. Uzun müddətdir ABŞ-dan köçməyi planlaşdıran Coli, artıq bunu reallaşdıracaq.
BAKU.WS xəbər verir ki, o nəhayət bu addımın arxasındakı səbəblərə aydınlıq gətirib.
Altı övladının gələcəyini düşünərək bu addımı atan aktrisa, Amerikadakı həyat tərzi və dəyərləri ilə getdikcə uyğunlaşmayan sosial mühitə görə oranı tərk edir.
Coliyə yaxın mənbələrin sözlərinə görə, o artıq özünü Los-Ancelesdəki həyatına yadlaşmış hiss edir və köç üçün hazırlıqlara başlayıb. Son illərdə baş verən dəyişikliklərin onun əsas dəyərləri ilə ziddiyyət təşkil etdiyini düşünür.
Aktrisa fərdi və sosial azadlıqlardakı məhdudiyyətlərin həyat tərzinə və ailə həyatına ciddi təsir göstərə biləcəyinə inanır. Bu səbəbdən də o, artıq özünü ABŞ-yə aid hiss etmədiyini və yeni bir həyata başlamağa hazır olduğunu deyib.
Xatırladaq ki, Hollivudun ən məşhur cütlüklərindən olan Bred Pitt və Ancelina Coli 2014-cü ildə böyük sevgi ilə ailə qurublar. Lakin aktrisa 2016-cı ildə Pittdən boşanmaq üçün məhkəməyə ərizə təqdim edib. O boşanma səbəbi kimi Bred Pittin özünə və uşaqlarına pis rəftar etdiyini bildirmişdi.
Oxşar xəbərlər
Ebru Gündeş 1 saata 20 milyon qazandı
Məşhur müğənni Ebru Gündeşin Ər-Riyaddakı çıxışından əldə etdiyi qonorarı açıqlanıb. BAKU.WS xəbər verir ki, 15 000 musiqisevərin qatıldığı müğənni Assala Nasr...