Alsu Bakını ona tanıtdığı üçün keçmiş həyat yoldaşına təşəkkür etdi
Rusiyanın məşhur estrada ulduzu Alsu Bakının qonağı olub.
BAKU.WS xəbər verir ki, ötən gün konsert proqramı ilə sevənləri qarşısında çıxış edən sənətçi səmimi etirafları ilə diqqət çəkib.
O keçmiş həyat yoldaşı Yan Abramova ona Bakını tanıtdığı üçün təşəkkür edib.
"Keçmiş həyat yoldaşıma bu gözəl şəhəri - Bakını mənə tanıtdığı üçün minnətdaram. O, həmişə deyirdi ki, burada yaşayan insanlar xüsusi bir enerjiyə malikdirlər. Bu, həqiqətən belədir! Siz elə mehriban və qonaqpərvər insanlarsınız ki, bunu sözlə ifadə etmək çətindir. Dünən restoranda şam yeməyi yeyərkən elə bil illərdir tanış olduğum insanlarla əhatələnmişdim. Məni bu qədər sevgiylə qarşılayan hər kəsə təşəkkür edirəm!" – deyə, Alsu qeyd edib.
Xalq artisləri Emin Ağalarov və Brilliant Dadaşovanın da səhnə aldığı konsertdə ifaçı "Visna", "Vçera", "Zimniy son" kimi hitlərini səsləndirib. Konsert böyük coşğu və marağa səbəb olub.
Qalereya
Oxşar xəbərlər
Mirələm Mirələmova ağır itki üz verdi
Məşhur xanəndə Mirələm Mirələmova ağır itki üz verib. BAKU.WS xəbər verir ki, onun atası Fərman Mirələmov vəfat edib. O 68 yaşında dünyasını dəyişib. Bu barədə...