Alsu bakılı ərindən boşandıqdan sonra psixoloqa müraciət edib

Alsu bakılı ərindən boşandıqdan sonra psixoloqa müraciət edib
Şou-biznes 233

Rusiyalı müğənni Alsu bakılı iş adamı Yan Abramov ilə boşandıqdan sonra psixoloqa müraciət edib.

Sənətçi bu barədə "Psychologies" jurnalına müsahibəsində etiraf edib.

"Səhər tam apatiya içində oyanırdım, heç nə etmək istəmirdim. Nə işləmək, nə oxumaq, nə də övladlarımla vaxt keçirmək istəyirdim. Psixoloqa getdim və onun köməyi ilə demək olar ki, dərhal özümü dəyərləndirəcək və hörmət edəcək səbəblərimi xatırlamağa başladım", – deyə müğənni bildirib.

Alsunun sözlərinə görə, son bir il ərzində o, dəhşətli emosional vəziyyətdən çıxmalı, ən dibdən qalxmalı olub.

Sənətçi vurğulayıb ki, dağılmış ailəsinə görə məsuliyyətdən yayınmır və bəzi məqamlarda özünü düzgün aparmadığını başa düşür.

Bu arada, Moskvada Alsu və Abramov arasında əmlak bölgüsü ilə bağlı məhkəmə prosesi davam edir. İş adamının nümayəndəsi Aleksandr Dobrovinski aif.ru-ya açıqlamasında bildirib ki, müğənnini növbəti məhkəmə iclasında sürprizlər gözləyir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Mirələm Mirələmova ağır itki üz verdi

Mirələm Mirələmova ağır itki üz verdi

Məşhur xanəndə Mirələm Mirələmova ağır itki üz verib.  BAKU.WS xəbər verir ki, onun atası Fərman Mirələmov vəfat edib. O 68 yaşında dünyasını dəyişib. Bu barədə...

458 Şou-biznes 17:49 05 iyun 2026

Son xəbərlər