Aleyna Tilkinin marixuana çəkdiyi aşkarlandı
İstanbul Baş Prokurorluğunun məşhurlara qarşı apardığı narkotik maddələrlə bağlı istintaq çərçivəsində saxlanılan tanınmış simalarla bağlı prosesdə yeni mərhələ yaşanıb.
BAKU.WS xəbər verir ki, dekabrın 18-də aktrisa İrem Sak, sosial media fenomeni Danla Biliç, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki gözaltına alınmış, Adli Tibb Qurumuna göndərildikdən sonra sərbəst buraxılmışdılar.
Araşdırma çərçivəsində sözügedən şəxslərin test nəticələri bu həftə ictimaiyyətə açıqlanıb. Yalnız Aleyna Tilkiyə aid nəticələrin hazır olmadığı bildirilmişdi. Lakin bugün müğənninin test prosesini də tamamlanaraq açıqlanıb.
Sənətçinin narkotik testi müsbət çıxıb. Onun marixuana çəkdiyi aşkarlanıb. Onun nəticələri bu gün İstanbul Baş Prokurorluğuna göndərib.
Oxşar xəbərlər
Castin Biberin keçmiş sevgilisi 34 yaşında vəfat etdi
Castin Biberin keçmiş sevgilisi Sahara Rae 34 yaşında vəfat edib. BAKU.WS xəbər verir ki, o övladı dünyaya gəldikdən 9 ay sonra dünyasını dəyişib. "O, dünən g...