Aktyorun həyat yoldaşı bugün ürəyindən əməliyyat olunacaq
Məşhur aktyor Ozan Akbabanın həyat yoldaşı Buket Akbaba bugün əməliyyat olunacaq.
BAKU.WS xəbər verir ki, o ürəyindən əməliyyat keçirəcək. Aktyor rol aldığı "Uzak Şehir" serialının çəkiliş meydanını müvəqqəti tərk edərək həyat yoldaşının əməliyyatı üçün xəstəxanaya gedəcək.
Məlumat üçün bildirək ki, Buket Akbaba 1985-ci ildə doğulub. O prodüser kimi fəaliyyət göstərib. Buket bir neçə filmdə köməkçi rollarda da çəkilib.
Qeyd edək ki, Ozan Akbaba "Uzak Şehir"lə yanaşı, rejissor Yüksel Aksunun "Bak Poçtacı Gelir" adlı ekran işində də çəkilib.
Aktyor orada Poçtacı Osman rolunu canlandırıb. Film qısa müddətdə yayımlanmasına baxmayaraq, artıq 143 min tamaşaçı tərəfindən izlənilib.
Oxşar xəbərlər
Gülşən reklam müqaviləsindən 20 milyon qazanıbmış
Türkiyəli müğənni Gülşən bu dəfə səhnə çıxışları ilə deyil, imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, iddialara görə, tanınmış ifa...