ABŞ-də yaşayan Elariz: "Sənətə təsadüfən gələnlərdən deyiləm"
"Mən Azərbaycansız Bakısız yaşaya bilməmişəm. Hətta adi insanlar var ki onlarla heç münasibətim yoxdur. Onlar üçün belə darıxıram".
BAKU.WS xəbər verir ki, bu sözləri uzun müddətdir ABŞ-də yaşayan müğənni Elariz Məmmədoğlu deyib.
O sosial şəbəkədə yayımladığı müsahibəsində sənətə təsadüfən gəlmədiyini, ABŞ-də də Azırbaycanın xalq və bəstəkar mahnılarını oxuduğunu qeyd edib:
"Mən burada Azərbyacanın xalq, bəstəkar mahnıları və şanson mahnılarını ifa edirəm. Rus, ingilis, italiyan, yunan dilində də repertuarımda ifalarım var. Bu ifaları həmən xoş qarşılayırlar. Restoranıma hər millətdən gələnlər var. Mən Azərbaycan dilində mahnı oxuyanda ingilislər də rəqs edirlər. Mən başqa bir sənətlə məşğul olub təsadüfən sənətə gələnlərdən deyiləm. Həyatda nəyə nail olmuşamsa, sənətimlə nail olmuşam".
Ətraflı videoda:
Oxşar xəbərlər
Uraz Kaygılaroğlu bundan 18 milyon qazanacaq
Məşhur aktyor Uraz Kaygılaroğlu böyük reklam qonorarı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o yeni çəkiləcəyi reklamdan 18 milyon lirə qazanacaq. Məşhur ki...