Abbas Bağırov: "Sənətinə hörmət etməyən, musiqi adına böyük ləkədir"
Əməkdar artist Abbas Bağırov açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, "Mədəni şou"ya qonaq olan sənəti, toy müğənnisi anlayışına münasibət bildirərək bu ifadənin yanlış başa düşüldüyünü bildirib:
"Birinə toy müğənnisi deyəndə düşünmək lazımdır ki, o insan məclisdə nə edir. Əgər yaxşı musiqini təbliğ edirsə, musiqi mədəniyyətimizi düzgün təqdim edirsə, bu, gözəldir. Bəzən savadsız danışırlar. Deyirlər ki, toyda ifa edən müğənni konsert oxumaz. Əgər səhnədə yaxşı musiqini təbliğ edirsənsə, istənilən yerdə oxuya bilərsən. Amma əgər musiqini alçaldırsansa, onu hörmətdən salırsansa, sənin nə konsertdə, nə də toyda yerin yoxdur. Musiqini anlamayan, duymayan, sevməyən, sənətinə hörmət etməyən insan musiqi adına böyük bir ləkədir".
Ətraflı videoda:
Oxşar xəbərlər
Gülşən reklam müqaviləsindən 20 milyon qazanıbmış
Türkiyəli müğənni Gülşən bu dəfə səhnə çıxışları ilə deyil, imzaladığı reklam müqaviləsi ilə gündəmə gəlib. BAKU.WS xəbər verir ki, iddialara görə, tanınmış ifa...