SİZİN REKLAM BURADA!
055 213 76 73


Aylar sonra rayonlara yolların açılması müğənnilərin də üzünü güldürüb.

BAKU.WS-in məlumatına görə, bunlardan biri də Kərim Abbasovdur. Karantin dövründə tədbirlərdə çıxış etməsi ilə adı qalmaqalda hallanan Kərim ailəsi ilə birlikdə Şamaxı və Qəbələyə yollanıb. O, istirahətin fotolarını "İnstagram" səhifəsində paylaşıb. Fotolarını "Rayonlara ya siftə. 6 aylıq həsrətdən sonra rayonlarımızın gözəlliyi göz qamaşdırır".

Yolların açılmasını fürsət bilərək səfərə çıxanlardan biri də Xuraman Şuşalıdır. Müğənni dörd övladı ilə birlikdə Qusara yollanıb. "Axır ki uşaq bir dağ havası uddu. 7 aydır, evdə oturmuşduq". 

Xatırladaq ki, rayonlara gediş-gəliş mart ayından qadağan edilmişdi. Aylarla davam edən qadağa sentyabrın 8-də qüvvədən düşüb. Ayın 7-dən 8-nə keçən gecədən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb. Ancaq  şəhərlərarası və rayonlararası sərnişindaşıma hələ ki, fərdi avtomobillərlə, taksilərlə həyata keçirilir. 

 

BAKU.WS