SİZİN REKLAM BURADA!
055 213 76 73



Məşhur müğənni Meray Keri martın 27-də Belçikada planlaşdırdığı konsertini ləğv edib. 

BAKU.WS xəbər verir ki, müğənni Belçikadakı terror aktlarından ehtiyatlanaraq belə bir qərar qəbul edib. 

"Mən Brüsseldəki pərəstişkarlarımı sevirəm. Mənə pərəstişkarlarımın, qrupumun və personalımın təhlükəsizliyini təmin etmək üçün şounu ləğv etmək məsləhət görüldü”, - müğənni sosial şəbəkədə  yazıb.

Qeyd edək ki, martın 22-də Belçikanın paytaxtı Brüsseldə, hava limanında  və metroda baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb. Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. 

BAKU.WS