SİZİN REKLAM BURADA!
055 213 76 73


Tanınmış meyxanaçı Mehman Əhmədli şou-biznesin dodaq şişirdən, qırışlarını açdıran, üzünə gel dolduran kişilərini tənqid edib. 

BAKU.WS xəbər verir ki, ARB TV-nin “Show News” verilişinin növbəti qonağı meyxanaçı Mehman Əhmədli olub.

"Özünə bəzək vurmaq kişi işi deyil. Mən çox pis baxıram. O şeylər mənim aləmində qadağa kimi bir şeydir. Kişi nədir, dodaq şişirtmək nədir? Bu heç ağıla sığan iş deyil.

Mən heç kimin bostanına daş atmıram. Sadəcə olaraq mən belə şeylərə pis baxdığımı deyirəm. Ola bilər ki, onlar da bizə geridə qalmış deyirlər. Özləri bilərlər. Həyat qaydasız döyüş deyil. Həyat bütün qapıların açıq olduğu bir yer deyil ki, ürəyin istədiyi kimi yaşayasan. Olar-olmazlar, qadağalar və ayıblar var. O ayıblara riayət etmək lazımdır". 

BAKU.WS
VİDEO