SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Aynur Dadaşova həmkarı Niyam Səlaminin hönkürtü ilə ağladığının şahidi olduğunu söyləyib. 
BAKU.WS xəbər verir ki, ARB-nin "Üçəlli" verilişində qonaq olan sənətçilər söhbət edərkən Aynur xanım Niyamla ikisinin arasında olan telefon danışığını efirdə açıqlayıb.

O deyib ki, Niyam 6 ay əvvəl vəfat edən anası üçün hələ də ağlayır:

“İki gün əvvəl Niyama zəng etdim. Telefonu açdı, hönkürtü ilə ağlayırdı. Ağlamaqdan danışa bilmirdi. Soruşdum ki, nə olub? Dedi ki, rəhmətlik anamsız qala bilmirəm. İndi proqram yox, tədbir yox, evdə oturur, yadına salır".

BAKU.WS
VİDEO