SİZİN REKLAM BURADA!
055 213 76 73


"Eurovision 2009" təmsilçimiz Aysel Teymurzadə həyat yoldaşı ilə fotosunu paylaşıb.
BAKU.WS xəbər verir ki, Aysel xanım Xalq artisti Yusif Eyvazovun doğum gününü "İnstagram" vasitəsilə təbrik edib.

Təbrik edərkən paylaşdığı fotoda Yusif Eyvazov və xanımı ilə, Aysel Teymurzadə isə həyat yoldaşı Murad Adıgözəlovla bərabər olub. Hər dəfə olduğu kimi, ifaçının bu paylaşımı da rəğbətlə qarşılanıb və izləyicilər ona təriflər yağdırıblar.

Qeyd edək ki, Aysel Teymurzadə 2012-ci ildə pianoçu, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlovla ailə həyatı qurub. Cütlüyün 2012-ci il təvəllüdlü Sədiə adında qız, 2014 və 2016-cı il təvəllüdlü oğlan övladları var. Cütlüyün arasında 16 il yaş fərqi var. Aysel Teymurzadə 1989-cu il, Murad Adıgözəlov 1973-cü il təvəllüdlüdür.

BAKU.WS