SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Aysel Teymurzadə ilk dəfə həyat yoldaşı fotosunu paylaşıb.

BAKU.WS
xəbər verir ki, ailə qurduqdan sonra uzun müddət səhnə ilə vidalaşan və sosial həyatdan təmamən uzaq düşən Aysel sosial şəbəkədə tez-tez görünməyə başlayıb.

O, Murad Adıgözəlovla bərabər çəkdirdiyi mehriban görüntüyə "Mənim ürəyim" şərhini verib.

Teymurzadə həyat yoldaşı ilə şəklini ilk dəfə paylaşdığından foto izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, ailə qurduqdan sonra səhnə ilə vidalaşan və sosial həyatdan təmamən uzaq düşən Aysel Teymurzadə 2016-cı ildə sosial şəbəkəyə qayıdıb. O, "İnstagram" istifadəçisi oloduğu 2 il ərzində ancaq köhnə fotolarını paylaşırdı.

Xatırladaq ki, Aysel Teymurzadə Azərbaycanı “Eurovision 2009” mahnı müsabiqəsində təmsil edib.2012-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlova ərə gedib. Cütlüyün 2012-ci il təvəllüdlü Sədiə adında qız, 2014 və 2016-cı il təvəllüdlü oğlan övladları var.

Zülfiyyə Qurbanova
BAKU.WS