SİZİN REKLAM BURADA!
055 213 76 73


"Həyatın yarış meydanı deyil, hər saniyəsi gözəl bir səfər olduğunu ağlınızdan çıxarmayın. Dünən tarix oldu, sabah bir sirr. Bu günün qiymətini bilin".

BAKU.WS xəbər verir ki, bu sözləri verilişi bağlanan Tolik deyib.

Xatırladaq ki, 6 mart tarixində proqramda qonaq olan müğənnilər Manaf Ağayevlə Mətanət Əsədova Əməkdar artist Elza Seyidcahanın “gəncləri korlayan Manaflar, Mətanətlər var” fikrinə münasibət bildiriblər. Manaf Ağayev canlı efirdə "Kaş, sizin yerinizə bu sözü hansısa kişi deyərdi. Onu həmin gecə yoluna qoymuşdum" deyərək bəstəkar-müğənnini təhdid edib. 

Əməkdar artist Elza Seyidcahan verilişə zəng edərək ona cavab verib: "Koronavirus necə yayılıbsa, musiqidə də elə virus yayılıb. Siz də musiqidə koronavirusa düşmüsünüz. Həm kişilər kişisiyəm, həm xanımlar xanımıyam. Manaf, mənimlə kişi kimi danışırsınızsa, hara deyirsiniz gəlim, danışın".

Onun bu sözləri Mətanəti əsəbiləşdirib və Əməkdar artistlə tərbiyəsiz tərzdə danışıb: "Bir dəqiqə, ay qız. Onun səsini kəsin. Danışma Elza, telefonu söndür. Səsini bağla, onu eşitmək istəmirəm. Ulaq özünsən. Ya durub gedəcəm, ya saxlayın səsi. Elza, məni heç kimlə səhv salma. Bir az ehtiyatlı ol. Ayıb olsun sənə. Bəstəkar, Əməkdar artist adın sənə haram olsun. Utanmırsan, ulaqdan, atdan danışırsan? Hələ ki, səni ulaq yerinə qoyub çırpırlar. Ağıllı ol, tərbiyən olsun. Təkbətək görüş. Uzaqbaşı məni məhkəməyə verəcəksən. Amma çaşma".

M. Əsədovanın emosional çıxışından sonra efirdən onun səsi kəsilib və reklam fasiləsi verilib.

Elə həmin gün Xəzər TV-nin yeni rəhbərliyinin iştirakı ilə keçirilən ilk iclasda "Hər şey daxil" verilişinin yayımının dayandırılmasına qərar verilib, aparıcı Tarix Əliyev və verilişin komandasına isə yeni telelayihənin hazırlanması tapşırılıb.

Həmin anları təqdim edirik:

BAKU.WS
VİDEO