SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bir qadın öz yoldaşını necə başqa xanımla bölə bilər?! O arxayın idi. Onun qəlbində mənə qarşı böyük məhəbbət var idi”.

BAKU.WS xəbər verir ki, bu sözləri ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı olan əməkdar artist Mətanət İsgəndərli deyib.

İfaçı daha sonra sənət yoldaşı müğənni Səyyad Əlizadə haqqında maraqlı açıqlama edib:

“Bildiyiniz kimi illər öncə Səyyad Əlizadə ilə duet oxuyurdum. Biz onunla bacı-qardaş kimiyik. Onun həyat yoldaşı deyirdi ki, Səyyadı bütün müğənnilərə qısqanaram, bircə sənə yox.

Hətta bir dəfə dedi ki, Səyyad səni sevsin. Heç qısqanmaram. Mən bu sözü eşidib şok oldum. Bir qadın öz yoldaşını necə başqa xanımla bölə bilər?! O arxayın idi. Onun qəlbində mənə qarşı böyük məhəbbət var idi”.

BAKU.WS
VİDEO