SİZİN REKLAM BURADA!
055 213 76 73


ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı müğənni Manaf Ağayev olub.

İfaçı şou-biznes nümayəndələrinin çoxuna maddi dəstək olduğunu deyib:

“İnsanı dar gündə tanıyarlar. Mən əsl kişiyə elə qiymət verirəm. Özüm çalışıram ki, insanların dar günlərində yanlarında olum, yaxşı günlərində görünmək istəmirəm. Bizim sahədə olan insanların çoxuna köməklik etmişəm.

Həmişə çalışıram kasıblara əl tutum. Varlıya kömək etmərəm. Etsəm yaltaqlıq kimi çıxar. Amma bəzi dostlarımı görürəm ki, məndən də yaxşı olub, çox insana yardım edib. Lakin həmin insanın dar günündə yanında məndən başqa heç kim olmayıb.

Bilirəm ki, belə bir şey məni də gözləyir. Düzdür, mən kiməsə köməklik edəndə qarşılıq gözləmirəm. Sabah mənim dar günüm olanda çoxu yanımda olmayacaq”.
BAKU.WS
VİDEO