SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Aybəniz Haşımova qayınanası Aynişan xanımın doğum günündən görüntülər paylaşaraq ona ürək sözlərini ünvanlayıb.

BAKU.WS xəbər verir ki, əməkdar artist qayınanasına sevgisini bu sözlərlə etiraf edib:

"Əvvəllər sən mənim qaynanam idin, indi isə qızımsan. Sən güləndə nə qədər xoşdur! Sən həmişə gül ki, göylər də gülsün. Allah övladlarını sənə, səni də övladlarına çox görməsin, əzizimiz!

Hərdən mənə deyirlər, siz qayınananızı nə qədər çox sevirsiniz?! Cavab verirəm ki, onun ailədə vəzifəsi indi daha böyükdür. Çünki o, mənim varım-yoxum, bircə balamın nənəsidir! Əmanətimin əmanətidir! Onu necə sevməmək olar?! Bir daha doğum gününü ürəkdən təbrik edirəm! Allah sənə bolluca nəticə, kötücə görməyi nəsib etsin! Allah sənə can sağlığı, uzun ömür versin, mənim mələyim!"

Qeyd edək ki, A.Haşımovanın yeganə övladının atası Xalid Quliyev 26 il əvvəl Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub. Atasının vəfatından sonra doğulan qızına qayınanası Aynişan xanımın adını verib. Aynişan Quliyeva nənəsi ilə eyni adı və soyadı daşıyır.

Aysel
BAKU.WS
VİDEO