SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"O Ses Türkiyə" yarışmasını daha iki azərbaycanlı tərk edib. 
 
BAKU.WS-in məlumatına görə, Ebru Gündeşin komandasında yer alan təmsilçimiz Rəşidə Kərim Gülnur Badakal və Ercan Tok adlı yarışmacılarla birgə yarışıb.
 
"Kaç kadeh kırıldı" mahnısını duet oxuyan iştirakçıların performansı münsiflər tərəfindən bəyənilib. Ancaq sonda Ebru Gündeş iştirakçılar arasından Ercan Toku seçib. Digər iki iştirakçı isə yarışmanı tərk edib.

Digər bir təmsilçimiz Zenfira Qarabağlı Tuğba Sevinclə duelə çıxıb. Gökhan və Hakanın komandasında yer alan təmsilçimiz Zenfira "Anam" mahnısını söyləyib. Tuğba Sevinc isə "Beni düşün" mahnısını söyləyib. Yekunda Gökhan və Hakan qardaşları Tuğbanı seçiblər və təmsilçimiz yarışmanı tərk edib.
 
BAKU.WS