62 yaşlı Bred Pitt 33 yaşlı sevgilisi ilə görüntüləndi
Hollivud ulduzu Bred Pitt üç ay aradan sonra sevgilisi İnes de Ramonla birlikdə görüntülənib. Cütlük Yunanıstanda hava limanında kameralara tuş gəlib.
BAKU.WS xəbər verir ki, 62 yaşlı aktyor "The Riders" filminin çəkilişlərinə başlamaq üçün Yunanıstana gəlib.
Pitt ağ gödəkçə, bol cins şalvar və idman tərzli papağı ilə diqqət çəkib.
Onun sadə obrazı ulduza xas xarizma ilə tamamlanıb. De Ramon isə qara dəri gödəkçə və dəri çantaları ilə eleqant görünüş sərgiləyib.
2022-ci ildən münasibətdə olan cütlük şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verir.
Onlar sonuncu dəfə noyabr ayında Los-Ancelesdə "Jay Kelly" filminin premyerasında birlikdə görüntüləniblər.
Qalereya
Oxşar xəbərlər
İbrahim Tatlısesin gəlini və nəvəsi pilləkandan yıxıldı
Müğənni İbrahim Tatlısesin model gəlini Yasemin Tatlıses bədbəxt hadisə ilə üzləşib. BAKU.WS xəbər verir ki, o oğlu Ayel qucağında olarkən evinin pilləkənlərin...