SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin dünyaca məşhur dj-i Kərimcan Durmaz uzun fasilədən sonra Bakıda şou göstərəcək.

BAKU.WS xəbər verir ki, məşhur musiqiçi Ruhi Əliyevanın rəhbərlik etdiyi "Liatris Holding"in təşkilatçılığı ilə Bakının qonağı olacaq. Bakıda nəzərdə tutulan şou ilə bağlı artıq Ruhi xanım Əliyevayla Kərimcan Durmaz arasında razılıq müqaviləsi də imzalanıb.

Görüş zamanı Kərimcan Durmazartıq 5 ildir Bakıda olmadığını bildirərək, ölkəmizi, eləcə də paytaxt şəhərimizi çox sevdiyini deyib. Kərimcan Durmaz eksklüziv şousunu aprelin 19-da Bakının məşhur məkanlarından olan "Elektra Hall"səhnəsində nümayiş etdirəcək.

O, Bakımıza ukraynalı rəqqasları ilə birgə gələcək. Kərimcan Durmaz Azərbaycandakı sevənləri üçün möhtəşəm şou hazırladığını da bildirib:

"Sevimli Bakı, möhtəşəm şouya hazır ol. Gözləyin məni əziz Azərbaycandakı sevənlərim. Gözləməyinizə dəyəcək. Buna söz verirəm”.

BAKU.WS