Adı dələduzluq qalmaqalında hallanan təşkilatçı Samirə Zeynalova əməkdar artist Röya Ayxana da qarşı da dələduzluq edib.

BAKU.WS
xəbər verir ki, müğənni bu barədə Murad Arifin "Popumuz var" layihəsində danışıb.

Onun sözlərinə görə, keçən il Moskva konsertinin təşkilatçılığını edən Zeynalova 30 min dollar məbləğində pulu onu hesabına köçürəcəyini vəd versə də, sözünə əməl etməyib:

"Konserti verdim, pulu nəğd götürmədim ki, hesabıma köçürsünlər. Düşündüm ki, oğlumla, işçilərimlə Yeni ili qeyd edəcəm. Pulu atdılar. Həyatımda heç kim mənim zəhmətimə atmayıb. Samira mənə atdı. Başqasının zəhmətini yemək haramdır, amma o da qadın olduğu üçün, heç nə etmədim. Neyləyim, gedib öldürüm? Məhkəmələr mənlik deyil. Yeni ili keçirmək üçün başqasından 1000 dollar borc aldım".

Zülfiyyə Qurbanova
BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ