Xalq artisti Mələkxanım Əyyubovanın hüquq-mühafizə orqanlarında çalışan həyat yoldaşı Xosrov Nəcəfov polkovnik rütbəsi alıb.

BAKU.WS
 xəbər verir ki, M. Əyyubovanın həyat yoldaşı Xosrof Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının komandir müavini vəzifəsində çalışan polkovnik-leytenant Nəcəfov bu yaxınlarda rütbəsi artırılıb.

muğam və xalq mahnılarının peşəkar ifaçısı həyat yoldaşını bu münasibətlə sosial şəbəkə vasitəsilə təbrik edib.

Mələkxanım eyni zamanda doğum günü olan həyat yoldaşının adına hazırlanan maraqlı tortun fotosunu paylaşaraq bu sözləri yazıb:

"Həyat yoldaşımın doğum günü və polkovnik rütbəsi almağı münasibəti ilə gözəl gəlinimin hazırladığı tort hədiyyəsi.️ Səni ürəkdən təbrik edirik, sənə möhkəm can sağlığı və işlərində müvəfəqiyyətlər arzulayırıq! Doğum günün mübarək"!

Xatırladaq ki, cütlüyün bu nikahdan iki qız və iki oğlan olmaqla 4 övladı var.  

BAKU.WS