Xalq artisti Brilliant Dadaşova son günlər sosial şəbəkədəki paylaşımları ilə gündəmdən düşmür. 

BAKU.WS-in məlumatına görə, müğənni bu dəfə rəqs edərkən çəkilən görüntüsünü yayımlayıb. 

Dadaşova oriental rəqs etdiyi videosuna "Murad Arif "Brilliantlar" mahnısını bəstələyib, bizi işə salıb. Qızlarla yenə 50 dəfə oynadıq mahnıya" sözlərini yazıb. 

Qeyd edək ki, Dadaşova bundan əvvəl idman etdiyi videosu və qısa geyimli fotoları ilə gündəmə gəlmişdi.

BAKU.WS