SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı model Rüstəm Cəbrayılovun gənc bir xanımla videosu yayılıb.

Primetime.az-ın əldə etdiyi məlumata görə, Rüstəmin birgə rəqs etdiyi xanım onun sevgilisidir. 19 yaşlı Nazlı Səlimova, qızlardan ibarət “Abşeron VK” voleybol komandasının üzvüdür.

Xatırladaq ki, Cəbrayılov müsahibələrinin birində evlənməyə hazırlaşdığını bildirmişdi:

“Gələcək həyata dair planlarım var. Fikirlərimi ona həsr etmişəm. Şəxsi həyatıma aiddir. Bu il evlənməyi düşünürəm. Namizəd var. Xanımı özüm seçməliyəm. Boyu boyuma uyğun olmalıdır. 118 ölkədə olmuşam. Dünyagörüşlərimiz tutmalıdır”.

Qeyd edək ki, Rüstəm uzun illər Nyu-Yorkda yaşayıb və orada bir xanımla evli olub.

BAKU.WS