SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün "Azad Azərbaycan" 106.3 FM radiosunun tanınmış aparıcısı Kazım Sübhanın doğum günü olub. 

BAKU.WS-in məlumatına görə, məclis paytaxt restoranlarının birində baş tutub. 

Qonaqların arasında Xalq artisti Faiq Ağayev, müğənnilər Nura Suri, Səidə Sultan, Kazımcan, Natavan Həbibi, Sevda Yahyayeva, Elnur Məmmədov, reper Dado, stilist Nigar İbrahimova və başqaları olub. 

Məclisdə aparıcının adının baş hərfini ("K") özündə əks etdirən tort kəsilib. 


Doğum günündə yadda qalan məqamlardan biri isə bir müddət əvvəl barışan müğənnilər Natavan Həbibi ilə Səidə Sultanın yenidən bir araya gəlmələri olub. 

Hər iki məşhur bərabər əylənib. Onların qucaqlaşıb rəqs etmələrini əks etdirən görüntülər sosial şəbəkədə yayılıb.

Hüseyn Məmmədsalahov
BAKU.WS