SİZİN REKLAM BURADA!
055 213 76 73



Bir neçə gün öncə reper Səid Əliyev şəxsi Instagram hesabında müğənni Natavan Həbibi ilə qucaqlaşdığı fotosunu paylaşdıqdan sonra cütlüyün yenidən barışdığı xəbərləri gündəmi zəbt etdi.


BAKU.WS xəbər verir ki, bu gün Dado yenidən Natavanla bağlı səs küyə səbəb olacaq paylaşım edib.

Reper, Həbibinin fotosunun yer aldığı fincan şəklini yayımlayaraq “Hər zaman və hər bir an” şərhini yazıb. İzləyiciləri Səidə hər şeyin yaxşı olacağı ilə bağlı təsəlliverici şərhlər yazıblar.

Lakin reperin bundan əvvəl paylaşdığı Natavanla olan fotosunu Instagram hesabından silməsi də diqqətdən qaçmayıb.

Natavan ötən ilin dekabrında Dado ilə yollarını ayrıldıqlarını açıqlamışdı. Yeni il ərəfəsində isə cütlük yenidən barışdıqları xəbərini təsdiqləsələr də Həbibi fevralda ATV kanalında yayımlanan "Zaurla Günaydın" verilişində artıq ayrı evlərdə yaşadıqlarını etiraf etmişdi. 

Rəşad Əliyev 
BAKU.WS