VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Uzun müddətdir küsülü olan müğənnilər Natavan Həbibi və Səidə Sultan barışıb.

BAKU.WS axşam.az-a istinadən bildirir ki, Səidə İnstaqram səhifəsində arxiv fotolarını paylaşıb. Həmin şəkillər arasında Natavanla olan fotosu da yer alıb.
 
İfaçının paylaşımına Həbibi də biganə qalmayıb. O, şərh bölməsinə fotonun çəkildiyi məkanı yazaraq "Domodedovo- Şeremetyevo (Moskvanın hava limanları - red.) günləri" sözlərini qeyd edib. Səidə isə ona "Yadıma düşməmişdi heç" cavabını verib.

Qeyd edək ki, Natavanla Səidə hər zaman rəfiqə olub. Bir müddət əvvəl isə onlar küsdüklərini, uzun müddətdir görüşmədiklərini açıqlamışdı. 

BAKU.WS