SİZİN REKLAM BURADA!
055 213 76 73



Dünya şöhrətli ulduz Cennifer Lopez izləyicilərini makiyajsız halı ilə təəccübləndirib.

BAKU.WS-in məlumatına görə, bu il 50 yaşını qeyd edəcək müğənni heç bir xüsusi foto effekti istifadə etmədən şəkillərini "Instagram" hesabında paylaşıb.

Fotolardan göründüyü kimi, təmiz və təravətli dərisi ilə göz oxşayan C. Lopez yaşıdlarına meydan oxumaqda davam edir.

Xatırladaq ki, pop ulduz müsahibələrində dəfələrlə gözəllik sirrini açıqlayıb. Onun sözlərinə görə, bunun sirri yalnız sağlam qidalanmaqda, idmanla məşğul olmaqda və pis vərdişlərin olmamasındadır.

BAKU.WS