Aktyor Elşən Orucov ata olub.

BAKU.WS-in məlumatına görə, aktyorun qızı dünyaya gəlib.

E. Orucov "Instagram" səhifəsində heç bir şərh vermədən canlandırdığı "Fəlakət" obrazının əlində uşaq bezi olan şəklini paylaşıb.

Aktyor, aparıcı İlkin Həsəni isə Elşənlə şəklini paylaşaraq "Qız ataları klubuna xoş gəldin, Elişko. Təbrik edirəm!" sözlərini yazıb. 

Qeyd edək ki, Elşən bu ilin martında İlahə adlı xanımla ailə qurub.

Hüseyn Məmmədsalahov
BAKU.WS