Mərhum sənətkarın oğlu 18 ildən sonra nəvəsi ilə görüşdü - VİDEO

Mərhum sənətkarın oğlu 18 ildən sonra nəvəsi ilə görüşdü - VİDEO
Video
Şou-biznes 4262
ATV-də yayımlanan "BizimləSən" verilişində təsirli anlar yaşanıb. BAKU.WS-in məlumatına görə, verilişdə mərhum sənətkar Fatma Mehrəliyevanın oğlu Qalib Mehrəliyev nəvəsi Fatimə ilə görüşüb. Doğmaların 18 ildən sonra baş tutan görüşü studiyada əyləşən ekspertləri, tamaşaçıları çox kövrəldib.
Qalib Mehrəliyev Verilişdə Qalib Mehrəliyevin acınacaqlı taleyindən də bəhs edilib. Belə ki, üç oğul, bir qız atası olan Q. Mehrəliyev illərdir səfil həyatı yaşayır. 2005-ci ildən Bakının mərkəzi küçələrinin birində, “Trolleybus parkı” deyilən ərazidə məskunlaşdığı köhnə vaqonda həyatla ölüm arasında mübarizə aparır. Qeyd edək ki, əməkdar artist Fatma Mehrəliyeva 2000-ci ildə dünyasını dəyişib. Bənzərsiz səsi ilə ifa etdiyi “Kəsmə şikəstə” muğamı, “Qubanın ağ alması”, “Azərbaycan maralı”, “Ahu kimi” və s. mahnılarla musiqi tariximizdə qalıb. Azərbaycan muğam ifaçılığı tarixində “Kəsmə şikəstə”nin Fatma Mehrəliyeva tərəfindən çox yüksək məharətlə oxunması bir gerçəklikdir. Mehrəliyeva həmçinin "Arşın mal alan" filmində (1945) Telli rolunu ifa edib. Hüseyn MəmmədsalahovBAKU.WS

Fatma Mehrəliyeva

Oxşar xəbərlər

12  məşhurun doğması üz-üzə - Qalib bu axşam bəlli olacaq!

12 məşhurun doğması üz-üzə - Qalib bu axşam bəlli olacaq!

Yayımlandığı gündən tamaşaçıların böyük marağına səbəb olan "Musiqili meydan"ın qalibi bu axşam bəlli olacaq. BAKU.WS-in məlumatına görə, Azərbaycan teleməkanın...

1297 Şou-biznes 19:58 12 oktyabr 2018

Son xəbərlər