Azərbaycanlı model Əli Hüseynov ərəb şeyxlərindən birinin qızından evlilik təklifi almasından danışıb.

BAKU.WS xəbər verir ki, musavat.com-a açıqlama verən model bildirib ki, ərəb ölkələrində populyar olduğu üçün qadınların diqqətini çəkməyi bacarır:

"Ərəb şeyxinin qızından evlilik təklifi almışam. Xanım mənə mesaj bölməsində yazdı, evlənməyi təklif etdi. Fotolarım ərəb ölkələrində çox populyardır, sosial şəbəkədə tez-tez paylaşılır. Təklifə müsbət cavab vermədim. Azərbaycan qızlarını dünyanın heç bir yerindəki qızlara dəyişmərəm".

Qeyd edək ki, sosial şəbəkə fenomeni olan Ə.Hüseynov "Mister Azerbaijan 2017" müsabiqəsinin də qalibidir.

BAKU.WS