SİZİN REKLAM BURADA!
055 213 76 73



Əməkdar artist Tünzalə Əliyeva ATV-də yayımlan "BizimləSən" verilişində toy günündə yaşanan hadisədən danışıb.

BAKU.WS-in məlumatına görə, aktrisanın xoş günündə dayısı dünyasını dəyişib, amma toyda ona və anasına bu haqda heç kim heç nə deməyib.

T. Əliyeva həmin günü belə xatırlayıb:

"Bir anam bilmədi, bir də mən. Həmin gün şayiələr yayılmışdı ki, Tünzalənin toyu olmayacaq. Bir neçə sənət dostum mənə zəng etmişdi ki, eşitmişik toyun "otmena" olunub. Demişdim ki, yox, elə şey yoxdur. Həmin gün getdik evə, balaca qardaşım dedi ki, sizə bir söz deməliyəm. Dedi ki, İbiş dayı ölüb. Şokda idim. Mən evdən vağzalı ilə çıxanda o, dəfn olunurdu".

Xatıladaq ki, əməkdar artist Tünzalə Əliyevanın toyu 2013-cü ilin iyununda baş tutmuşdu.

Hüseyn Məmmədsalahov
BAKU.WS