SİZİN REKLAM BURADA!
055 213 76 73



ATV-də yayımlanan "BizimləSən" verilişində təsirli anlar yaşanıb.

BAKU.WS-in məlumatına görə, mənzil kreditinin ödənilməsinə görə xalqdan kömək istəyən əməkdar artist Tünzalə Əliyeva üçün bu dəfə studiyaya qayınatası Rahib bəy gəlib.

Tünzaləyə "qızım" deyərək müraciət edən qayınata ondan çox razı olduğunu deyib:

"Tünzalə öz hərəkətləri ilə bu hörməti qazanıb. Onu çağıranda mənə hələ "hə" deməyib, ancaq "bəli", "xeyr". Tünzaləni dünyalar qədər istəyirəm. Bir gəlin olaraq yox, insan olaraq. Tünzaləyə dəstək olan bütün insanlara təşəkkür edirəm".

Xatırladaq ki, T. Əliyeva Rahib bəyin oğlu Röyalla 2013-cü ilin iyulunda ailə həyatı qurub. Onların bu evliliyindən Zəhra adlı qızları var.

Hüseyn Məmmədsalahov
BAKU.WS