SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin məşhur müğənnisi Demet Akalının Bakıdakı konserti ləğv olunub.

Konserti təşkil edən şirkətin direktoru Surət Ağayev BAKU.WS-ə açıqlamasında bildirib ki, konsertin ləğv olunmasına səbəb Demet Akalının həyat yoldaşından boşanmasıdır. 

"Bir müddət əvvəl Demet Akalının şəxsi həyatında baş verənlər konsertə də təsirsiz ötüşmədi. Bu hadisələrdən sonra biletlərin satışı dayandı, hətta alınan biletlər də geri qaytarılır. Daha sonra Okan Kurtun yerinə müğənni Rauf Əhmədovun konsertdə çıxış etməsini təklif etsək də, D. Akalın tərəfdən buna razılıq verilmədi".

Onu da qeyd edək ki, "İticket.az" artıq alınan biletlərin qaytarılmasına başlayıb. Biletlərin qiyməti 25-200 AZN arası dəyişirdi. 

Hüseyn Məmmədsalahov
BAKU.WS