İctimai Televiziya və Radio Yayımları Şirkəti tam fərqli formatlı verilişləri ilə yeniliklərə imza atır.

Telekanalın İctimaiyyətlə Əlaqələr Departamentindən BAKU.WS-ə verilən məlumata görə, bu sırada “talk-show”lar xüsusi yer alacaq.

Həftə içi hər gün səhər saatlarında üç xanım aparıcı 120 dəqiqə ərzində müxtəlif mövzuları müzakirə edəcəklər.

“Dikdaban” adlı verilişin özəlliyi isə ondadır ki, üç qadın aparıcının canlı efirdəki qonağı daha çox kişilər olacaq - bir kişi qonaq üç qadın aparıcıya qarşı.

Proqramın məqsədi ölkədə və dünyada gündəm olan maraqlı mövzuları müzakirə etmək, mədəniyyət, dəb, sağlamlıq haqqında maariflləndirici məlumatları efirə daşımaq, həmçinin sosial şəbəkə prioritetlərinin nəbzini tutmaqdır.

“Dikdaban”da veriliş boyu sosial şəbəkə vasitəsilə izləyicilər arasında günün mövzusuna uyğun sorğu keçiriləcək.

Müzakirələrlə zəngin “Dikdaban”ın aparıcıları Sevinc Muradova, Vüsalə Məmmədova və Xəyalə Əzizova olacaq.  

Veriliş sentyabrın 17-dən etibarən həftə içi beş gün səhər saat 10:00-dan 12:00-dək canlı yayımlanacaq.

Hüseyn Məmmədsalahov
BAKU.WS

 


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ