SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS
-in budəfəki müsahibi keçmiş model, 22 yaşlı biznes-ledi Sevinc Türkməndir.


- Özünüzü oxucularımıza təqdim edin...

- Türkmənova Sevinc. 1996-cı ildə Türkmənistanda anadan olmuşam. Babamın babasının adı Türkmən olub. O, dünyasını dəyişəndən sonra adını soyad kimi götürmüşük.

- Boyunuz, çəkiniz...

- Boyum 1.65 santimetr, çəkim isə 53 kiloqramdır.


- Neçənci ildə Bakıya gəlmisiniz, hansı səbəbdən?

- Anam azərbaycanlıdır və orada çox yaşaya bilmədiyinə görə buraya gəldik.

- Model sənətinə necə başladınız?

- 3 il bundan əvvəl həvəsim yarandı və model sənətinə gəldim. Hazırda model kimi fəaliyyət göstərmirəm. Biznes-ledy olmuşam və şəxsi model yarışmam var.


- Valideynlərinizin reaksiyası necə oldu?

- 3 il bundan əvvəl narazı idilər, amma get-gedə öyrəşdilər.

- Model sənətinə psixoloji baxımdan tab gətirmək çətin deyilmi?

- Dəhşətli dərəcədə çox çətindir.


- 90-60-90 hələ də dəbdədir?

- Məncə, yox, dəbdə deyil. Ümumiyyətlə, Azərbaycanda arıq, incə-mincə qızlara nə dəyər verirlər, nə də model kimi baxırlar. Kim toppuşdursa, o model sayılır. Əslində, “Venera” model agentliyinin elə modelləri var ki, gözəl bədən quruluşuna malikdirlər, sadəcə olaraq, onlara dəyər verən yoxdur.  

- “Miss Queen 2018” müsabiqəsinin layihə rəhbərisiniz. Necə oldu ki, bu layihəni ərsəyə gətirdiniz?

- Mənə elə gəldi ki, gözəllik müsabiqəsi keçirməliyəm. Gəncləri, model qızları irəliyə aparmağı özümə borc billirəm.

- “Bir axşam” verilişində hansısa tamaşaçını açdığınız qutu ilə sevindirə bilmisiniz?

- İki dəfə olub. Tək mənim yox, başqa qızların da açdığı qutular tamaşaçıları sevindirirdi.


- Verilişində ən yaddaqalan hadisə nə olub?

- Verilişdə aparıcıdan küsmüşdüm.

- Başqa hansı istedadınız var?

- Rəsm çəkə bilirəm, aktrisalığı bacarıram.

- Özünüzü aktrisa, aparıcı kimi sınamaq istərdiniz?

- Əlbəttə, çox istəyirəm və bunun üzərində çalışıram. İnşallah gələcəkdə böyük layihələr olacaq.


- Pəhrizə əməl edirsiniz? Hansı təamlara üstünlük verirsiniz?

- Xeyr, pəhriz saxlamağıma ehtiyac yoxdur. Çəkim azdır. Acı olmayan, duzsuz, yağsız yeməkləri çox sevirəm.

- Şəxsi həyata vaxt qalırmı?

- Qalır, şəxsi həyatıma çox vaxt ayırıram.

- Sözsüz ki, sizin kimi gözəl, baxımlı xanımın çoxlu pərəstişkarları var. Tez-tezmi sevgi təklifləri alırsınız?

- Hal-hazırda 2 illik münasibətdə olduğum insan var.


- Azərbaycanda modellər tanınmaq üçün soyunur. Belə bir işə imza atarsınız?

- Ümumiyyətlə, bu fikir mənə çatmır. Modelsənsə, soyuna bilərsən, normal bir şeydir və buna hər kəs yaxşı baxmalıdır. Əgər gözəl, qüsursuz bədənin varsa, niyə də bunu göstərməyəsən. Pis baxmaq lazım deyil.

- Bizdə əxlaq anlayışı daha çox geyimlə ölçülür, Avropada isə daha başqa dəyərlərə söykənir. Sevinc Türkmən üçün əxlaq anlayışı nədir?

- Əxlaq anlayışı, məncə, ilk növbədə insan olmaqdır, başqa heç nə. İnsan olub sadəcə öz həyatınla maraqlanmaqdır.


- “Instagram” fotolarınıza baxanda gördüm ki, cəsarətli geyimlərinizlə seçilirsiniz. Heç şərh bölməsini də bağlamamısınız. Neqativ şərhlərə münasibətiniz necədir?

- Ümumiyyətlə, mənim şəkillərimə neqativ şərhlər gəlmir. Bir-iki dənə gələndə də silirəm. Heç vaxt məni təhqir etməyiblər.

- Bir az etikadan kənar səslənsə də, deyirlər ki,  Azərbaycanda modellər pul qarşılığında kimlərləsə görüşürlər. Onlara münasibətiniz necədir?

- Bu fikirlə razı deyiləm. Hər model fahişə deyil.


- Azərbaycanda model olmağın çətinlikləri nələrdir?

- Ümumiyyətlə, Azərbaycanda nəyəsə sahib olmaq istəyirsənsə, bu çox çətindir. Bunu əminliklə deyirəm. Bir çox yollardan keçməlisən.

- Gələcək planlarınız…

- İnşallah müəllifi olduğum layihəni daha da genişləndirmək və böyük işlər görmək istəyirəm.

Hüseyn Məmmədsalahov
BAKU.WS