SİZİN REKLAM BURADA!
055 213 76 73



Müğənni Nura Suri "Facebook" hesabında izləyicilərinə müraciət edib. 

BAKU.WS xəbər verir ki, dünyaya gələn xəstə uşaqların sayının artmasından bərk narahat olan müğənni hər kəsə sıradakı məsləhətləri verib: 

"Azərbaycanlılardan xahiş edirəm, nə yediyinizə diqqət edin. Uşaqlarınıza sıyıq, şorba və bu kimi yeməkləri hər gün yedizdirin. Meyvə-tərəvəzi, həmçinin, toyuqları bölgələrdən, həyətində toyuq saxlayanlardan alın. Hər gün uşaqlarınıza konfet, şokolad, qazlı içkilər və s. almayın. Onları geni dəyişdirilmiş məhsullarla zəhərləməyin. Nə olar kitab oxuyun, onları da savadlı böyüdün. Vallah, sonumuz bu gedişlə yaxşı olmayacaq.
Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir. Məgər, siz bunu görmürsünüz? Hamısı hormonal qidaların təsirindədir. Bu qədər xəstə uşaqlar dünyaya gəlir. Axı, niyə bunların səbəbini düşünmürsünüz? Gözəl və sağlam həyatın açarı savaddır. TV-yə az baxın. İnternetdəki oyunları oynamayın. Bütün bunlar bizim beynimizi zibilləyir. Hər gün idmana vaxt ayırın. İmkan daxilində 30 dəqiqə ayaqla gəzin. Bol su için və özünüzü sevin".

İzləyiciləri müğənninin bu fikirlərini dəstəkləyiblər. 

BAKU.WS