SİZİN REKLAM BURADA!
055 213 76 73


Əməkdar artist Cavanşir Məmmədov geyimi ilə fərqlənməyi bacarıb. 

BAKU.WS xəbər verir ki, Çingiz Əhmədovun təqdim etdiyi "Praym-şou" verilişinə qısaqol pencəkdə təşrif buyurub.

Aparıcı onu təqdim edərkən geyiminə sataşıb: "Dostumuz. əzizim Cavanşirin parçası çatmayıb, pencəyin qolları yarımçıq qalıb. Bizim verilişimiz üçün təcili sifariş verib. Usta deyib ki, qollar qaldı. Amma necə gəlsə, qəbulumuzdur. Dərzi nə dedi? parça çatmayıb?" 

Onun zarafatı Cavanşirin xoşuna gəlməyib və Çingiz Əhmədova belə cavab verib: "Əbülhəsən, nə biləsən? Bu adam "Böyük dayaq" filminə yaxşı baxmayıb. Rüstəm dayını tanımır, hələ uşaqdır. Biz o kişiləri görmüşük... Bu 21-ci əsrin dəbidir. sən nə biləsən axı?"

Zülfiyyə Qurbanova
BAKU.WS