SİZİN REKLAM BURADA!
055 213 76 73



Bəstəkar Cavanşir Quliyevlə millət vəkili Fazil Mustafa bir-birlərini təhqir ediblər.

BAKU.WS-in məlumatına görə, professor Qulu Məhərrəmli və millət vəkili Fazil Mustafa “GünazTV” internet kanalında yayımlanan “Mətbuat aynasında” verilişində Bayraq Bayramı ilə bağlı çıxış etməsini sosial şəbəkədə paylaşıb.

Statusa şərh yazanlar arasında bəstəkar Cavanşir Quliyev də olub. O, deputat F. Mustafanı tənqid edib.

“Qulu, bu adam Üzeyir bəyin yaratdığı o gözəl himni sevmir ve bunu açıq bəyan edir. Xəbərin varmı? Himn qəbul olunarkən (1992) ordaydı (hökümətdə) və susdu”.

F. Mustafanın tənqidlərə reaksiyası sərt olub:

“Qulu Məhərrəmli bizim bayraqla bağlı Günaz.tv də getmiş müsahibəmizi paylaşıb. İçi bəstəkar Cavanşir Quliyev olmaqla bir qrup geri zəkalı, fikirləri dinləmədən barəmizdə önyarğılı şərhlər yazıblar. Bu adamlar uzun illər xaricdə yaşasalar da bir arpa boyu ağıllanmayıblar.

Mənim himn də, bayraq da daxil olmaqla istənilən məsələdə fikirlərim, yaxud da siyasi dünyagörüşüm kimin üçünsə qəbulolunmaz ola bilər. Məhz bu qəbuletməzlərə rəğmən, öz görüşlərimi, inandığım prinsipləri həm şifahi, həm də yazılı mətnlərlə ardıcıl anlatmağa israrlıyam. Maraqlıdır ki, bu gün Cavanşir Quliyev kimi vətənşivənlər hələ də anlamaq istəmirlər ki, 20-30 il öncənin ritorikası və pafosu ilə insanları aldatmaq olmaz. Tarix də, himn də, bayraq da, din də, millət də, şəxsiyyətlər də təftiş və təhlil oluna bilər və burada hansısa qəbahət yoxdur. Məhz bu cür müzakirələr ölkədə sağlam düşüncə mühitinin yaranmasına faydalı ola bilər”.

Bəstəkar isə deputatın bu cür reaksiyasından hiddətlənib:

“Sənin xuliqanlığına cavab verməyəcəm, Fazil. O ki qaldı təhlilə, təftiş və təhlil olunmalı sənsən – səni xalqmı vəkil seçib, yoxsa, iqtidar "təyin" edib? Bax, bunu təhlil et...

O ki qaldı mənim getməyimə, ay "millət vəkili", sən rahat yerindən hardan biləsən ki, hər bir bəstəkar üçün ölkədən getmək böyük faciədir, əsərlərinin yasaq olunması onun üçün ölümə bərabərdir. Sən bunları hardan biləsən ki, çox vacib bir işlə məşğulsan – millət vəkili vəzifəsinə təyin olunub gecə-gündüz millət üçün yanırsan. Bir bəstəkarın haqqları pozulursa, sənə nə, cəhənnəm olsun o bəstəkar, sənə qalmayıb ki onun problemi, sən millət vəkilisən!

Bir də unutma, sən və sənin kimilər heç vaxt Üzeyir bəyi təftiş edə bilməz, buna nə ağlınız, nə istedadınız, nə də gücünüz yetər!”.

Tuncay
BAKU.WS