SİZİN REKLAM BURADA!
055 213 76 73



ARB TV-nin “Səhər-Səhər” kollektivi növbəti dəfə meyxanaçı Aydın Xırdalanlını ziyarət edib.

Meyxanaçı hər yerdə çox arıqladığını və tanınmaz hala gəldiyini yazanlara etirazını bildirib:

“Həmişə gülürəm, amma birdən adam elə əsəbləşir ki... Keçən il Orxan Lökbatanlı ilə şəkil çəkdirmişdim, onu qoydular. Dedim eybi yox, güldüm keçdim. Bir dəfə də çəkdilər, yenə güldüm keçdim. Onan qabaq da arıqlamışdım da. Onun heç söhbətini etmədilər. Kökəldim, kökəldim, hətta bağışlayın məni, toyda nə otura, nə nəfəs ala bilmirdim, sıxılırdım. İndi şükür Allaha ki, rahat nəfəs ala bilirəm. İşlərinin xatirinə, səs-soraq yaymaq üçün, o günü boş-bekar qalmamaq üçün arıqlayıb yazırlar. Görək, sabah kim kökələcək? Qoy oturmuşuq da, nə işiniz var mənimlə... 67 – 77 kiloqram arasında olmuşam adətən. Dişlərim xarab oldu, mən də o damağı taxa bilmədiyim üçün, açığı yemədən həvəsdən düşürəm. Diş əkdirməyi düşünürəm. Xahiş edirəm, çox dərinə getməyin. Mən gündəlik şəxsi həyatımda nə edirəm, nə etmirəm. Uzatmayın... Bu mənim şəxsi həyatımdır”.

BAKU.WS