SİZİN REKLAM BURADA!
055 213 76 73



Meyxanaçı Aydın Xırdalanlı Respublika Narkoloji Mərkəzindəki yanğından təsadüf nəticəsində sağ qalıb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, meyxanaçı həmin mərkəzdə müalicə olunurdu. Bir aya yaxındır ki, Narkoloji Mərkəzdə müalicə alan Aydın həmkarı Vasif Əzimovun oğlan toyunda iştirak etmək üçün Narkoloji Mərkəzdən çıxıb toya gedib.

Meyxanaçı daha sonra həmin mərkəzə qayıtmayıb.

Qeyd edək ki, bu gün Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində səhər saatlarında yanğın baş verib. Rəsmi məlumata görə, hadisə nəticəsində 25 nəfər dünyasını dəyişib. 

Nazim
BAKU.WS