SİZİN REKLAM BURADA!
055 213 76 73



İki gün əvvəl avtomobil qəzası keçirən müğənnilər Türkan Vəlizadə və Zeynəb Həsəni özəl xəstəxanaların birinə yerləşdiriliblər. Hər iki ifaçı eyni palatada müalicə alır.

Türkan Vəlizadənin prodüseri Cabir BAKU.WS-ə açıqlamasında, Türkanın Zeynəbə nisbətən daha ağır xəsarətlər aldığını açıqlayıb: 

"Türkanın bütün bədəni sınıq-sınıqdır. Çanağı iki yerdən, budu və çiyni sınıb. Hazırda əməliyyat olunur. Budundakı sınıqlar mil qoyulmaqla birləşdiriləcək. Zeynəbin yalnız çanağı sınıb, gipsə salınacaq".

Zülfiyyə Qurbanova
BAKU.WS


Sözügedən qəzanın görüntülərini bu videoda izləyə bilərsiz: