SİZİN REKLAM BURADA!
055 213 76 73



İki gün əvvəl Mətanət Əliverdiyevanın əvəzinə başqa iştirakçını oyundan uzaqlaşdıran Aytən Səfərova oyundan uzaqlaşdığı aktyor Məcid Hüseynova avtomobil bağışlandığını bəyan edib.

Məcid BAKU.WS -ə açıqlamasında bu xəbər təkzib etdi.
 
O, Aytən Səfərovanı bunu məqsədli şəkildə söylədiyini bildirdi:

"Aytən deyibsə... Aytən məni boş yerə vurdu, çıxartdı. Düzdür, ömrünün axırına kimi bunun əziyyətini çəkəcək. Vicdanı ona rahatlıq verməyəcək. O sözü özünə təsəlli vermək üçün deyib. Demək istəyir ki, Məcid şouya avtomobil üçün gəlmişdi, mən çıxartdığım üçün ona hədiyyə etdilər. Mətanəti çıxardacağı ilə tamaşaçıları aldadıb səs yığdı, indi də belə yalan danışır. Elə şey yoxdur! Əgər mənə kimsə maşın versəydi, ən azından bunu Murad Dadaşov özü açıqlayardı". - deyərək, Səfərovanı yalan danışmaqda günahlandırdı.

Zülfiyyə Qurbanova
BAKU.WS