SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycanın səsi" mahnı yarışmasının 26 yaşında intihar edən qalibi Elvin Orduxanlının anası dünən ürəkləri dağlayan sözlərilə hər kəsi ağladıb.

BAKU.WS
-in məlumatına görə, Zaur Baxşəliyevin "Bizimləsən" verilişində son günlərin aktual mövzusu - intiharlar müzakirə olunub.

Mövzuya uyğun olaraq 12 dekabr 2015-ci ildə yaşadığı binanın 5-ci mərtəbəsindən özünü ataraq intihar edən E.Ordubadlının anası çağırış edib.

Gözü yaşlı ana fəryad edərək hər kəsə səslənib: "Üzümü tutub bütün övladlara yalvarıram, anaları mənim günümə qoymayın. İki il yarımdır Cəhənnəmi yaşayıram. Qəbiristanlıq yollarındayam. O yollarda məni tanımayan yoxdur. Balamın qəbrini hər gün bir cürə bəzəyirəm".

Zülfiyyə Qurbanova
BAKU.WS