SİZİN REKLAM BURADA!
055 213 76 73


"Musiqiçi kimi mənim üçün əsas və başlıca məqsəd ondan ibarət idi ki, ölkəmi layiqincə təmsil edim və mən bunu 100% bacardım. Biz bunu etdik, amma vəziyyətin gedişinə təsir göstərmək üçün gücüm yox idi".

BAKU.WS
xəbər verir ki, “Eurovision 2018” mahnı müsabiqəsində Azərbaycana ilk uğursuzluğu yaşadan təmsilçimiz Aysel Məmmədova belə deyib.

28 yaşlı ifaçı finala keçə bilməməsinin səbəblərini açıqlayıb: “Xoş sözlərinizə görə çox təşəkkür edirəm. Bu, sizin kimi bizə də böyük sürpriz oldu. Çünki neçə aydır ki, bütün ruhumuzu və gücümüzü bu işə qoymuşduq…

Təəssüflər olsun ki, “Eurovision” alqoritmi haqqında əvvəlcədən nə isə söyləmək çətindir. İlk gündən bizimlə olan, bizi izləyən, bizə dəstək olan və bu layihədə ən kiçik əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Heç nəyə baxmayaraq, müsabiqədən misilsiz təcrübə, böyük emosiya və çox müsbət təəssüratlar topladım. Çoxlu istedadlı musiqiçilər və yaxşı insanlarla tanış oldum, onlarla maraqlı anlar yaşadım.

Yekun olaraq, lakin heç də az önəmli olmayan detalı vurğulamaq istəyirəm ki, hər şey daha yaxşı nəticə naminə baş verir. Tezliklə görüşənədək”.

Zülfiyyə Qurbanova
BAKU.WS